AZ

DİN üç rayonda əməliyyat keçirdi, narkokuryerlərdən 27 kiloqram marixuana aşkarlandı

Bakı, 1 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə silsilə əməliyyat tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən əməliyyatlar zamanı narkokuryerlər - 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.

Seçilən
10
23
azertag.az

10Mənbələr