AZ

Zuğulba şosesindəki yanğın söndürüldü

Xəzər rayonu Zuğulba şosesində yanğın söndürülüb.

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, ağaclıq sahədəki yanğın qısa müddətdə söndürülüb:

"Fövqəladə Hallar Nazirliyinə (FHN) Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ağaclıq sahədə yanğın olması ilə bağlı xəbər daxil olub. Dərhal nazirliyin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb".

*** 14:07

Xəzər rayonu Zuğulba şosesində yanğın başlayıb.

Bu barədə görüntülər Far.Az-in "Qaynar xətti"nə video daxil olub.

Kadrlarda magistral yolun ətrafındakı ağacların və kolluğun yanadığı görüntülər əks olunub. 

Sözügedən videonu təqdim edirik:

Seçilən
19
far.az

1Mənbələr