AZ

“Terrorsuz Türkiyə” Komissiyası avqustun 5-də işə başlayacaq

Türkiyə parlamentinin PKK terror təşkilatının tərksilahı üzrə “Terrorsuz Türkiyə” Komissiyasının ilk iclası avqustun 5-nə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə parlament sədri Numan Kurtulmuş məlumat verib.
“Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək ilk iclasına dəvət edirəm”, - spiker bildirib.
Parlamentdə təmsil olunan bütün partiyaların millət vəkillərinin daxil olacağı komissiyanın PKK-nın tərksilahı prosesinin qanunvericilik bazasının hazırlanması üzərində işləyəcəyi daha əvvəl bildirilmişdi. Parlament oktyabr ayında payız sessiyasına toplaşanda antiterror aktlarına və cəzaların icrası ilə bağlı qanuna dəyişikliklər də daxil olmaqla, təkliflərini hazırlayacaq.

Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzasını çəkən PKK lideri Abdullah Öcalan fevralda təşkilata bağlı bütün qrupları silahlarını yerə qoymağa və Türkiyə ilə silahlı qarşıdurmaya son qoymağa çağırıb. Mayda PKK qurultay keçirərək, özünü buraxmaq və Türkiyə ilə 50 ilə yaxın davam edən qarşıdurmaya son qoymaq qərarına gəlib. İyulun 11-də İraqın Süleymaniyyə bölgəsində PKK yaraqlılarının birinci qrupu silahlarını təhvil verib. Təşkilatın tərksilah prosesinin bir neçə ay ərzində başa çatdırılması planlaşdırılır, proses Türkiyə kəşfiyyatı və hərbçiləri tərəfindən nəzarətdə saxlanılır.
Seçilən
16
sherg.az

1Mənbələr