AZ

Ələtdə Niva Toyota ilə toqquşdu Xəsarət alanlar var (VİDEO)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Bu gün saat 08:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 70-ci kilometrliyində Zaman Orucovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə Vüsal Əliyevin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsi toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Bildirilib ki, qəza nəticəsində Zaman Orucovun avtomobilindəki iki sərnişin aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
unikal.az

2Mənbələr