AZ

Qadınlarda sağlam sümüklər üçün 7 vacib tövsiyə

Sümüklər bədəni dik saxlayan və hərəkəti mümkün edən vacib orqanlardır. Xüsusilə menopoz dövründə estrogen hormonunun azalması ilə birlikdə qadınlarda sümük əriməsi riski artır.


Pravda.az bildirir ki, bu səbəbdən sağlam sümükləri qorumaq üçün aşağıdakı tövsiyələrə əməl etmək tövsiyə olunur:


Süd və süd məhsullarını kifayət qədər istehlak edin

Sümük quruluşu üçün əsas mineral olan kalsiumun gündəlik 2 stəkan süd və ya məhsulları ilə təmin olunması vacibdir.


D vitamini çatışmazlığına qarşı tədbir alın

Kalsiumun faydalı olması üçün D vitamini vacibdir. Günəş işığı qəbul etməyə və lazım olduqda əlavə D vitamini istifadəsinə diqqət yetirilməlidir.


Mütəmadi fiziki aktiv olun

Gündə 10 min addım atmaq və ya başqa aktivlik formaları sümükləri gücləndirir və sümük əriməsinin qarşısını alır.


İdeal çəkinizi qoruyun

Artıq çəki sümüklərə əlavə yük gətirir və onların sürətlə köhnəlməsinə səbəb olur.


Siqaretdən uzaq durun

Siqaret çəkmək sümük əriməsini sürətləndirir. Sağlam həyat tərzi üçün siqaretdən uzaq durmaq vacibdir.


Müntəzəm sümük müayinəsi etdirin

Xüsusilə menopoz sonrası dövrdə sümük sıxlığını yoxlatmaq və erkən diaqnoz almaq üçün 1-2 ildən bir müayinələr tövsiyə edilir.


Zülal qəbulunu balanslı edin

Sümüklərin təxminən yarısı zülaldan ibarətdir. Həm kalsium, həm də zülal balanslı şəkildə qidalanmada yer almalıdır.


Qadınlar bu tövsiyələrə əməl etməklə gələcəkdə yaranacaq sümük problemlərinin qarşısını ala bilərlər.


Əminə Bayramova 

Tarix: 1 Avqust 2025, 14:39   
Seçilən
51
pravda.az

1Mənbələr