AZ

Tramp Aİ yə ABŞ ın 1 trilyon dollarlıq enerji resurslarını almağı təklif edib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Sonda onlar 750 milyard dollarla kifayətləndilər”

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) Brüsseli hədələdiyi Avropa mallarına 30% tarif endirimi müqabilində prezidentlik müddətinin sonuna kimi ABŞ-ın 1 trilyon dollar dəyərində enerji resurslarını almağı təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Ağ Evin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Əvvəlcə rəqəmlər kifayət qədər real idi, sonra Prezident dedi: “Mən hesab edirəm ki, mənim prezidentlik müddətində siz 1 trilyon dollarlıq enerji resursları almalısınız.” Sonda onlar 750 milyard dollarla kifayətləndilər. Baxmayaraq ki, bu məbləğ Avropaya böyük görünə bilər”, - mənbə bildirib.

Nəşr yazıb ki, Aİ üç il ərzində ABŞ-ın 750 milyard dollar dəyərində enerji resurslarını almaq öhdəliyinə görə tənqidi yumşaltmağa çalışır. Belə ki, hətta bu azaldılmış məbləğ bazar analitikləri və “yaşıl” gündəliyin tərəfdarları arasında narahatlıq yaradıb.

Avropa Komissiyasının (AK) rəsmiləri tərəfindən yayılan izahat notunda qeyd edilib ki, yekun məbləğ “diqqətli və əsaslı qiymətləndirmə” nəzərə alınmaqla müəyyən edilib və həmçinin enerji texnologiyalarına, nüvə enerjisinə və sənayedə xidmətlərə investisiyalar daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
ayna.az

1Mənbələr