AZ

Ermənistan Dövlət Duması nda vəziyyət qeyri müəyyəndir, Paşinyan isə gözdən itib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ermənistanda hazırda hökumət daxilində vəziyyət qeyri-müəyyəndir".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Joxovurd" qəzetinin hökumətdəki mənbələri bildiriblər.

"Məsələ burasındadır ki, Nikol Paşinyan son günlər "gözdən itib": o, heç bir paylaşım dərc etmir, kilsə prosesləri ilə bağlı planlarını açıqlamır və nə vaxt konkret addımlar atmağa başlayacaq, ümumiyyətlə, başlayacaqmı, bəlli deyil. Deyə bilərik ki, "Dövlət Duması" daxilində vəziyyət qeyri-müəyyəndir. Hər kəs maraqlanır ki, nəyi və nə vaxt gözləmək olar", - deyə yazıda qeyd edilib.

Yazıda, həmçinin bildirilib ki, "Dövlət Duması"nda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın gözlənilməz şəkildə ortaya çıxması müzakirə olunur, hansı ki, illərdir prezident iqamətgahını tərk etməmişdi, lakin artıq neçə gündür Sünik bölgəsinin müxtəlif kəndlərini gəzərək qəribə bəyanatlar verir.

"Xaçaturyan kəndlilərlə qeyri-adi şəkildə söhbət edir və dövlətin heç bir maliyyə probleminin olmadığını iddia edir, Sünik sakinlərinə gülümsəmə ilə müraciət edir, dünən isə mer Qoris Aruşanyanı tərifləyib, hansı ki, Xaçaturyanın sözlərinə görə, "şəhəri yaxşı qoruyub saxlayıb". Hakimiyyət daxilində əvvəlcə prezidentin niyə "önə plana çıxması", sonra isə Nikol Paşinyanın niyə "yoxa çıxması" ilə bağlı qızğın müzakirələr başlayıb", - deyə qəzet vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
oxu.az

1Mənbələr