Rusiyada miqrantların rus məktəblərində pulsuz təhsil almasını qadağan edən qanun layihəsi parlamentin aşağı palatasına təqdim olunub.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının əmək komitəsinin sədri Yaroslav Nilov açıqlayıb.
O, əcnəbi uşaqlar üçün rus dili imtahanından keçmək cəhdlərinin sayının üçlə məhdudlaşdırılmasını da təklif edib. Nilov əmindir ki, mühacirlərin uşaqları yaşından və sinfindən asılı olmayaraq ödənişli təhsil almalıdırlar.
"Əvvəllər rədd edilmiş qanun layihəmizə belə düzəlişlər edilib. Biz Dövlət Dumasına təqdim etmək üçün fraksiyalararası statuslu yenilənmiş təşəbbüs hazırlayırıq", - o qeyd edib.
2025-ci ilin aprelindən Rusiyada miqrant uşaqlar məktəblərə qəbul olunmazdan əvvəl rus dilini bilmələri üçün sınaqdan keçirilir. Qanun qəbul olunarsa, miqrantların uşaqları dövlət məktəblərində ödənişsiz oxuya bilməyəcəklər.
ElcanMissiya.Az