AZ

"Sabah"ın "Levski" ilə matçlarının hakimləri açıqlandı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Sabah”ın Bolqarıstan klubu “Levski” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA Sofiyadakı ilk görüşü Xorvatiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Ukraynadan olan hakimlər briqadasına həvalə edib:

“Levski” – “Sabah”

7 avqust. “Georgi Asparuxov” stadionu. Saat 22:00

Baş hakim: Duje Strukan

Baş hakimin köməkçiləri: Alen Yakşiç, Maryan Tomas

Dördüncü hakim: Ante Terziç

VAR: Mario Zebeç

AVAR: Ante Çulyak

(Hakimlər briqadası Xorvatiyadandır)

“Sabah” – “Levski”

14 avqust. “Bank Respublika Arena”. Saat 20:00

Baş hakim: Mikola Balakin

Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş

Dördüncü hakim: Vitali Romanov

VAR: Aleksey Derevinskyi

AVAR: Klim Zabroda

(Hakimlər briqadası Ukraynadandır)

saytlarin hazirlanmasi

Seçilən
31
2
sportal.az

3Mənbələr