Xalq artisti Arif Babayev : Fəxri xiyabanda dəfn olunub.
Modern.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Ardınca cənazə dənf olunma üçün Fəxri xiyabana aparılıb.
Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, mərhumun sənət dostları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.
***
13:57
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Modern.az xəbər verir ki, vida mərasimində mədəniyyət naziri Adil Kərimli, mədəniyyət xadimləri, sənət dostları və mərhumun ailə üzvləri ştirak ediblər.
Xalq artisti l Fəxri Xiyabanda dəfn ediləcək.
***
12:57
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.