AZ

Kamboca və Tailand gələn həftə sərhəd məsələsini müzakirə edəcək

Qarşıdan gələn görüşdə Kambocanın müdafiə naziri Tea Seyka və Tailandın müdafiə nazirinin müavini Natthafon Nakphanit iştirak edəcək.

Bakues.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə dövlət katibinin müavini və Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçet məlumat verib.

Onun sözlərinə görə, Kamboca Tailandın gələn həftə Malayziyada sərhəd danışıqları aparmaq təklifini alqışlayır:

“Fürsətdən istifadə edərək bir daha qeyd etmək istərdim ki, Kamboca Tailandın Baş Sərhəd Komitəsinin (GBC) Kuala-Lumpurda keçiriləcək iclasına ev sahibliyi etmək təklifini alqışlayır. Görüşün konstruktiv olacağına və səmərəli nəticələr verəcəyinə əminik”.

Asim

Seçilən
14
icma.az

1Mənbələr