AZ

“Sabah” və “Araz” üçün xorvat, çex, ukraynalı hakimlər

“Sabah” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının 3-cü raundunda “Levski” və “Omoniya”ya qarşı keçirəcəkləri oyunların hakimləri bəlli olub.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Sabah”ın Bolqarıstan klubu “Levski” (Sofiya) ilə keçirəcəyi ilk görüşü Xorvatiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

“Levski” – “Sabah”
Baş hakim: Duye Strukan
Baş hakimin köməkçiləri: Alen Yakşiç, Maryan Tomas.
Dördüncü hakim: Ante Terziç.
VAR: Mario Zebeç.
AVAR: Ante Çulyak
(Hakimlər briqadası Xorvatiyadandır)
7 avqust. “Georgi Asparuxov” stadionu. Saat 22:00.

“Sabah” – “Levski”
Baş hakim: Mikola Balakin.
Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş.
Dördüncü hakim: Vitali Romanov.
VAR: Aleksey Derevinski.
AVAR: Klim Zabroda.
(Hakimlər briqadası Ukraynadandır)
14 avqust. “Masazır Arena”. Saat 20:00.

“Araz-Naxçıvan”ın Kipr klubu “Omoniya” ilə keçirəcəyi Bakıdakı ilk görüşü Çexiyadan olan hakimlər idarə edəcəklər. Nikosiyadakı cavab qarşılaşmasını isə Danimarkadan olan hakimlər briqadasına həvalə edilib:

“Araz-Naxçıvan” – “Omoniya”
Baş hakim: Andrey Berka.
Baş hakimin köməkçiləri: İvo Nadvornik, Yan Vanya.
Dördüncü hakim: Andrey Peçanek.
VAR: Tomas Koçurek.
AVAR: Miroslav Zelinka.
(Hakimlər briqadası Çexiyadandır)
7 avqust. Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.

“Omoniya” – “Araz-Naxçıvan”
Baş hakim: Yakob Kehlet.
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus.
Dördüncü hakim: Mikkel Redder.
VAR: Sandi Putros.
AVAR: Morten Kroq.
(Hakimlər briqadası Danimarkadandır)
14 avqust. GSP stadionu. Saat 21:00.

Seçilən
16
arena.az

1Mənbələr