AZ

Rusiyanı NATO ilə bağlı narahat edən budur —AÇIQLAMA

“NATO ilə əməkdaşlıq məsələsi Rusiyanın ilk xəbərdarlığı deyil”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, bundan öncə də Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlıqda bütün risk amillərini nəzərə almalı olduqları diqqətə çatdırılmışdı:



“Son açıqlama onun təkrarıdır və təbii ki, içində təhdid ehtiva edir. Halbuki Rusiya da bilir ki, nə Ermənistan, nə də Azərbaycan yaxın perspektivdə NATO üzvü olmaq istəyən ölkələrdən deyil. Hətta NATO üzvü olmaq istəyən ölkələr var ki, NATO özü o ölkələri qəbul etmir.

Rusiyanı qıcıqlandıran odur ki, Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığı artacağı təqdirdə, NATO-nun Cənubi Qafqazda mövqeləri güclənəcək. Bu da Rusiyanın sıxışdırılıb regiondan çıxarılması anlamına gəlir. Rusiyanı narahat edən məqam budur”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
13
demokrat.az

1Mənbələr