AZ

Konfrans Liqası: “Sabah”ın Bolqarıstan klubu ilə cavab oyununun hakimləri açıqlanıb

Bakı, 1 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və “Levski” (Bolqarıstan) komandaları arasında keçiriləcək cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikolay Balakin olacaq. Ona Aleksandr Berkut və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksii Derevinski, onun köməkçisi isə Klim Zabroda olacaq.

 

Seçilən
6
azertag.az

1Mənbələr