Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Telegram kanalımız