AZ

Elşad Musayev: “Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət Rusiyanı qıcıqlandırır”

“Rusiyadan Azərbaycana qarşı növbəti təxribatçı addımın şahidi oluruq. Rusiya rəsmiləri bəyanatlar veriblər, Azərbaycanın daxili işlərinə qarışırlar. Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırıblar. Ayvazovskinin abidəsinin götürülməsinə Rusiya tərəfinin növbəti etirazının şahidi oluruq. Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələyə mövqeyi qənaətbəxş və çevikdir. Siyasi partiya olaraq XİN-nin mövqeyini dəstəkləyirik. Hesab edirəm, Rusiya tərəfindən bundan sonra da belə təxribatçı addımlar atılacaq. Çünki Rusiya dövlətinin dövlətçilik fəlsəfəsi işğalla ərazi genişləndirməyin, imperiya missiyalarının üzərində qurulub və Cənubi Qafqazı heç cür nəzarətindən kənarda görmək istəmir. Xüsusən, Azərbaycanın apardığı müstəqil siyasət Moskva tərəfindən qəbul olunmur. Buna görə də Rusiyadan belə qıcıqlanmaları görürük. Bundan sonrakı mərhələdə Rusiya tərəfindən hər hansı təxribatçı addımlar atılacaqsa, həm Azərbaycan hakimiyyəti, həm də siyasi təşkilatlar, media, QHT-lər və yaradıcılıq təşkilatlarda təmsil olunan şəxslər reaksiya bildirməlidirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elşad Musayev deyib.

 

Deputat xatırladıb ki, 44 günlük müharibədən sonra rus qoşunları “sülhməramlı” adı altında Azərbaycan ərazisinə yerləşdirilmişdi, lakin özlərini bu ərazilərin sahibi kimi hiss edirdilər: “Müxtəlif adamların, o cümlədən Ayvazovskinin heykəlini gətirib yerləşdirmişdilər. Rusların Qarabağdan çıxmaq niyyəti yox idi, lakin Azərbaycan dövləti öz gücünü göstərdi və bundan sonra baş verən proseslər hər kəsə məlumdur. Rus qoşunları Qarabağdan çıxmaq məcburiyyətində qaldı. Rusiya dövləti isə Azərbaycan ərazilərindən çıxmaq niyyətinin olmadığını həyasız şəkildə bəyan etdi. Bu cür addımlara qarşı çox sərt mövqe sərgilənməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Avqust 2025, 14:08   
Seçilən
61
1
pravda.az

2Mənbələr