Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,6 %-i və ya 232,8 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB, EBRD) cəlb edilmiş öhdəliklərin payına düşüb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % azdır.
Azərbaycanın Asiya İnfrastruktur və İnvestisiya Bankından borclanmanı 16 % azaldıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 1,7 %-i və ya 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.
Azərbaycanın Dünya Bankına borcu 18 %-ə yaxın azalıb
Azərbaycanın Dünya Bankına borcu 18 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 14,7 %-i və ya 738,6 milyon dolları Dünya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % azdır.
Azərbaycanın Asiya İnkişaf Bankına borcu 7 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 34,9 %-i və ya 1 748 milyon dolları Asiya İnkişaf Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.
© "Report"