Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəniyyət xadimləri, ictimayyət nümayəndələri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Arif Babayev I Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, xanəndə bu gün səhər saatlarında 87 yaşında vəfat edib.
Firuzə Əliyeva
Sfera.az