"Kəpəz" daha bir futbolçunu yola salıb.
Offsideplus.az xəbər verir ki, bölgə klubu İlkin Qırtımovla vidalaşıb. Onun başa çatan müqaviləsi uzadılmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Kəpəz" bu yay Azər Bağırov (baş məşqçi), Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynov, Nemət Musayev və Şervoni Mabatşoevlə də yollarını ayırıb.