AZ

Azərbaycan kiminsə diktəsilə hərəkət etməyəcək Deputat

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Heç zaman kiminsə ölkəmizin daxili işlərinə müdaxilə etməsinə imkan verməyəcəyik. Heç zaman kiminsə diktəsilə hərəkət etməyəcəyik. Bunu heç kimə qarşı etmirik. Eyni zamanda, digərlərinin də ölkəmizə qarşı belə hərəkətlər etməsini birmənalı olaraq qəbul etmirik".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vaxtilə qanunsuz olaraq Xankəndidə erməni əsilli rus rəssamı İvan Ayvazovskiyə qoyulan abidənin sökülməsinə görə yersiz hay-küy qaldırmasını şərh edərkən deyib.

Elman Məmmədov qeyd edib ki, artıq Azərbaycan rəsmi dövlət səviyyəsində bu məsələyə öz etirazını bildirib:

"Rusiyanın son dövrlər ölkəmizə qarşı yürütdüyü ədalətsiz, qərəzli təbliğat kampaniyası və hərəkətləri eyni zamanda cəmiyyətimizdə də narazılıq doğurur. Azərbaycan heç bir dövlət, xüsusən də qonşu dövlətlərlə münasibətlərin korlanmasını istəmir. Ancaq təəssüf ki, bu münasibətlərin korlanmasına qarşı tərəflər şərait yaradır".

Deputat bildirib ki, Azərbaycan heç zaman Rusiyanın daxili işlərinə qarışmayıb. Öz ərazisində kimə heykəl qoyması və ya götürməsi, nəyi tikib, nəyi sökməsi onun öz daxili işidir:

"Amma Rusiya təəəssüf ki, bunu edir. Kremlin bu hərəkəti isə qeyri-qanuni olmaqla birbaşa olaraq başqa dövlətin daxili işlərinə müdaxilədir. Ayvazovski Rusiya vətəndaşı olsa da, rus millətinə aid deyil, ermənidir. Rus qüvvələri Xocalı aeroportu ərazisində yerləşəndə həmin ərazidə Rusiyanın bir neçə tarixi şəxsiyyətlərinə abidə qoyublar".

Həmsöhbətimiz bildirir ki, Azərbaycan təbii olaraq bunu da qəbul etməyəcək. Öz daxili işlərinə uyğun olaraq bunlar haqında da tədbir görəcək. Elman Məmmədovun fikrincə, Rusiyanın dövlət rəhbərliyinə yaxın media qurumlarının Azərbaycana qarşı təxribat xarakterli hücumları, çağırışları da ölkəmizin daxili işlərinə qarışmaq, ona qarşı təzyiq kampaniyasıdır:

"Kreml bu məsələdə heç nə əldə edə bilməyəcək. Azərbaycan müstəqil dövlətdir və atdığı addmlarda haqlıdır".

Qeyd edək ki, iyulun 29-da Azərbaycanın qədim şəhəri olan Xankəndidə 2021-ci ilin dekabrında erməni separatçıları və rus sülhməramlıları tərəfindən qanunsuz olaraq ucaldılan erməni əsilli rus rəssamı, İvan Ayvazovskinin (Ovanes Ayvazyan) abidəsi sökülüb. Bu abidə vaxtilə Azərbaycan tərəfinin icazəsi olmadan qanunsuz şəkildə quraşdırılıb. 

Rusiya tərəfi isə Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəsilə Azərbaycanın daxili işlərinə qarışaraq, heç bir əsas olmadan buna etirazını bildirib. Bundan başqa Rusiyanın TASS informasiya agentliyi həyasızlıq nümayiş etdirərək, Azərbaycanın Xankəndi şəhərini "Stepanakert” kimi təqdim edib. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
qaynarinfo.az

1Mənbələr