AZ

"Sabah" və "Araz-Naxçıvan"ın cavab oyunlarının hakimləri müəyyənləşdi

BAKI, 1 avqust. TELEQRAF

"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarının hakimləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, "Sabah"ın Bolqarıstanın "Levski" klubu ilə Bakıda keçirəcəyi cavab matçı ukraynalı hakimlər briqadasına həvalə olunub.

Əlincə stadionunda təşkil olunacaq görüşün baş hakimi Mikola Balakin olacaq.

"Araz-Naxçıvan"ın isə Kipr "Omoniya"sı ilə səfərdə oynayacağı qarşılaşmanı danimarkalı hakimlər idarə edəcək.

Nikosiyadakı GSP stadionunda baş tutacaq oyunda ədaləti Yakob Kehlet qoruyacaq.

Qeyd edək ki, hər iki qarşılaşma avqustun 14-də keçiriləcək. Cütlərin ilk oyunları isə avqustun 7-də təşkil olunacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

14 avqust

20:00 "Sabah" - "Levski"

Baş hakim: Mikola Balakin

Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş

Dördüncü hakim: Vitali Romanov

VAR: Oleksey Derevinski

AVAR: Klim Zabroda

(Hakimlər briqadası Ukraynadandır)

21:00 "Omoniya" - "Araz-Naxçıvan"

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Martin Markus

Dördüncü hakim: Mikkel Redder

VAR: Sandi Putros

AVAR: Morten Kroq

(Hakimlər briqadası Danimarkadandır)

(Hakimlər briqadası Danimarkadandır)

Seçilən
5
teleqraf.com

1Mənbələr