Amerikanın Apple korporasiyası üç milyardıncı iPhone smartfonunun satışını elan edib.
“The Verge” xəbər verir ki, bunu “Apple” şirkətinin baş direktoru Tim Kuk 2025-ci ilin üçüncü maliyyə rübü üzrə hesabatı zamanı deyib.
Apple bir şey bacarırsa, o da iPhone satmaqdır, “The Verge” qeyd edərək əlavə edib: "Bu rəqəm özlüyündə təsirlidir, lakin Apple sürət qazandığı nəzərə alınsa, bu rəqəm daha da heyrətamizdir."
İlk iPhone 2007-ci ildə təqdim edilib və doqquz il sonra, 2016-cı ildə "alma" smartfonlarının satışı 1 milyard ədədi keçib. İki milyard həddinə çatmaq üçün daha az vaxt lazım oldu - cəmi beş il, növbəti milyard üçün isə dörd il çəkdi. Ən azı ABŞ-da gənclərin Android smartfonlarından daha çox iPhone-lara üstünlük verdiyini nəzərə alan “The Verge” bu tendensiyanın davam edəcəyinə inanır.
Apple-ın internet xidmətləri üzrə baş vitse-prezidenti Eddi Kyu bu yaxınlarda “The Verge”-yə müsahibəsində etiraf edib ki, on ildən sonra istifadəçilərə yeni texnologiyalar səbəbindən iPhone lazım olmayacaq. “The Verge” yazır ki, qısa müddətdə telefonlar şübhəsiz ki, təhlükədə deyillər, lakin OpenAI rəhbəri Sem Altman və keçmiş Apple dizayn rəhbəri Coni Ayvin hazırladıqları Apple-ın dörd milyardıncı iPhone-unu satmaq istiqamətində irəliləyişini ləngidə bilər.
Almaz Həsənli