AZ

“Olympus Park” şirkətinin sahibi Rafael Qarayev aldadılıb - 2 milyonluq DƏLƏDUZLUQ

“Olympus Park” tikinti şirkətinin sahibi Rafael Qarayevə qarşı dələduzluq edilib.

 

Rafael Qarayev Türkiyə səfirliyinin yaxınlığındakı torpaq sahəsini almaq istəyərkən aldadılıb.

 

R.Qarayev 1 milyon 890 min manatlıq dələduzluğa məruz qaldığını iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

 

İş adamına qarşı dələduzluqda ittiham olunan şəxsin İnam Cəfərov olduğu bildirilir.

 

Rafael Qarayevin şikayətindən sonra cinayət işi açılıb. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs R.Qarayevin zərərinin 1 milyon 400 min manatını geri qaytarıb. Qalan məbləğə görə tərəflər arasında razılığın olduğu bildirilir.

 

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və ona şərti cəza verilib.

 

Musavat.com

Tarix: 1 Avqust 2025, 13:56   
Seçilən
1
3
pravda.az

4Mənbələr