"Azərbaycan xalqı üçün ağır itki idi".
Far.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Arif Babayevin vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan muğam sənətinun görkəmli nümayəndəsi Arif Babayev səhər saatlarında dünyasını dəyişib:
"Onun milli mədəni irsimizə verdiyi töhfə danılmazdır. O dünya azərbaycanlıların sevgisini qazanan nadir sənətçilərimizdəndir. Biz bütün xalqımıza baş sağlığı veririk".