Gənc yazar Kəramət Böyükçöl Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan əlifbasında 40 min söz var:
“Hərdən biz özümüzü şişirtməyi də xoşlayırıq. Bu qədər sözün qarşılığında özünü öldürsən, 15 mini belə işlək deyil. 15 min sözlə yazmaq, düşünmək hara, ingilis dilində 1 milyon 200 min sözlə yazı yazmaq hara. Ona görə də cəmiyyətimizdə yalnız ana dilində danışılsa, yazılsa belə, yenə də dediyim problemlər qalır. Problem belə ola-ola, yenə də ana dilində bir çox insan danışmır. Bəzən fikrini ifadə etməkdə çətinlik çəkirsən. Ona görə ki, dilimizdə həmin söz yoxdur. Buna görə də dilimiz ölübdür. Düşünün ki, immuniteti zəif olan bir dilə başqa dilləri də qarışdırıblar. Dilimiz yaşlı insanın COVID-19-a yoluxmasına bənzəyir”.
Kəramət bəy, gün elə bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib.
Gənc yazıçı Arif Babayevə Allahdan rəhmət diləyib və bildirib:
“Meyxanaçı Mehman Əhmədli meyxana deyə bilmədiyi kimi, Arif Babayev də muğam ifa edə bilmirdi. Sanki bu gün muğamın çiyinlərindən ağır bir yük götürüldü. Elə Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir. İkisi də ölüb — ana dili də, Arif Babayev də”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
hurriyyet.azKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19943153)
-
gender.azKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19943123)
-
infoaz.wsKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19942448)
-
konkret.azKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19932116)
-
demokrat.azKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19931276)
-
referans.azKəramət Böyükçöldən muğam ustasına HƏQARƏT ( 19930826)
-
demokrat.azKəramət Böyükçöl: “Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir” ( 19930487)
-
demokrat.azKəramət Böyükçöldən muğam ustasına HƏQARƏT ( 19929758)
-
demokrat.azKəramət Böyükçöldən muğam ustasına HƏQƏRAT ( 19928665)
-
demokrat.azArif Babayev kimi dilimiz də ölüdür Kəramət Böyükçöl danışdı ( 19925542)