AZ

Amazon-un satışları və mənfəəti artıb

ABŞ-ın elektron ticarət nəhəngi Amazon 2025-ci ilin aprel-iyun dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Marja xəbər verir ki, Amazon-un xalis satışları keçən ilin eyni dövründəki 148 milyard dollarla müqayisədə bu ilin ikinci rübündə 13 faiz artaraq 167,7 milyard dollar təşkil edib.

Amazon-un xalis mənfəəti ilin ikinci rübündə 18,2 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə Şirkətin xalis mənfəəti 13,5 milyard dollar idi.

Elektron ticarət nəhənginin səhmbaşına qazancı keçən ilin ikinci rübündə 1,26 dollardan bu ilin eyni dövründə 1,68 dollara yüksəlib.

Amazon, bu ilin üçüncü rübündə 174 milyard dollardan 179,5 milyard dollara qədər xalis satış gözlədiyini açıqlayıb.

Seçilən
18
1
marja.az

2Mənbələr