AZ

Almaniya Ukraynaya daha iki “Patriot” sistemi tədarük edəcək

Almaniya ABŞ ilə razılaşma çərçivəsində Ukraynaya əlavə iki “Patriot” hava hücumundan müdafiə sistemi verəcək.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

"Bundesver artıq yaxın günlərdə Ukraynaya raket qurğuları, iki-üç ay ərzində isə komplekslərin əlavə komponentlərini göndərəcək. Bunun müqabilində Almaniya ABŞ-nin maliyyələşdirdiyi yeni “Patriot” sistemlərini tez bir zamanda alacaq", - nazir qeyd edib.

Almaniya artıq Kiyevə üç “Patriot” sistemi təhvil verib. Pistoriusun qeyd etdiyi kimi, yeni partiya ölkənin NATO çərçivəsində öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir etməyəcək.

Seçilən
3
report.az

1Mənbələr