AZ

SOCAR öz yataqlarından təbii qaz hasılatını artırıb - İlham Şaban

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb. Bu ilin ikinci rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 % artaraq 12,7 milyard kubmetr təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton xam neft hasil olunub.

Dövlət Neft Şirkətinin 2025-ci ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini “İki sahil”ə şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, SOCAR-ın açıqladığı ikinci rüb üzrə istehsalat göstəricilərinə nəzər yetirdikdə maraqlı bir fakt diqqətimi çəkdi. O da ondan ibarət idi ki, ölkə üzrə qaz hasılatı 1,4 % artdığı təqdirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz balansında olan yataqlardan çıxartdığı mavi yanacağın həcmi ötən ilin aprel-iyun ayları ilə müqayisədə 8,5% artıb.

Azərbaycanın qaz ixracının artımında təbii ki, bunun rolu və yeri olacaq. Ancaq çox yaxşı olardı ki, biz bilərdik ki, Dövlət Neft Şirkəti bunun hansı yataqlardan əldə edib. Çünki indiyə qədər hasıl edilən qaz əsasən Azərbaycan üzrə üç yatağın üzərində düşür. Bu, “Şahdəniz”, “Ümid” və “Abşeron” yataqlarıdır. Bu yataqlar hamısı əməliyyat şirkətləri tərəfindən istismar olunur Yəni, bu yataqlar üzrə çıxarılan mavi yanacaq Hasılatın Pay Bölgüsü sazişləri çərçivəsində çıxarılan məhsuldur. Ancaq burada biz görürük ki, Dövlət Neft Şirkəti öz yataqlarından təbii qaz hasılatını artırıb.”

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
3
ikisahil.az

1Mənbələr