BAKI, 1 avqust. TELEQRAF
UEFA azərbaycanlı FIFA referisi Əliyar Ağayeva növbəti təyinat verib.
Teleqraf xəbər verir ki, Ağayev Avropa Liqasının III təsnifat mərhələsinin RFŞ (Latviya) -"KuPS Kuopio" (Finlandiya) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
VAR hakimi ingiltərəli Maykl Solsberi, AVAR isə İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, avqustun 6-da Riqada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.