Ukraynanın Azərbaycandakı səfirliyində 2025-ci il iyulun 31-də Kiyevdə törədilmiş dəhşətli Rusiya terror aktı nəticəsində həlak olanların xatirəsini başsağlığı kitabı açılıb.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Qeyd olunub ki, Ukrayna Xarici İşlər Nazirliyinin tapşırığına əsasən, sözügedən kitab avqustun 2-dək açıq olacaq.
Məlumata əsasən, başsağlığı mətnlərini, həmçinin, [email protected] elektron poçt ünvanına göndərmək də mümkündür.