Cambridge Universitetinə bağlı Fitzwilliam Muzeyinin tədqiqatçıları, bu payız açılacaq sərgi üçün hazırlanarkən, qədim Misirə aid kildən hazırlanmış bir modelin alt hissəsində insan əl izinə rast gəliblər.
News24.az xəbər verir ki, "Ruh evi" adlandırılan bu miniatür bina, eramızdan əvvəl 2055–1650-ci illərə aiddir və Misir məzarlarında ölən şəxsin ruhu üçün yaşayış məkanı simvolu olaraq qoyulurdu.
Tədqiqatçılar müəyyən ediblər ki, model əvvəlcə taxta çubuqlarla qurulub, daha sonra üzəri kil ilə örtülüb. Fırınlama zamanı taxta hissələr yanaraq yoxa çıxıb, yalnız bərkimiş kil qalıb.
Əl izinin, kil hələ yaş ikən, ustanın modeli daşıması zamanı təsadüfən qaldığı və o vaxtdan bəri qorunub saxlandığı bildirilib.
Xeyrənsə Piriyeva