“Mançester Siti” 19 yaşlı müdafiəçi Fərid Alfa-Ruprextin transferini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə,Almaniyanın U-19 millisinin üzvü karyerasını “Bayer Leverkuzen”də davam etdirəcək. Gənc cinah müdafiəçisi indiyədək “şəhərlilər”in U-21 komandasının heyətində çıxış edib.
Transferin dəyəri bir milyon avrodan bir qədər çox olub. Müqaviləyə əlavə bonuslar və gələcək satışdan “Mançester Siti”yə 40 faiz pay daxildir.
Fərid Alfa-Ruprext “Bayer”lə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalayıb.
Fərid Nəsibov