AZ

"Levski" - "Sabah" oyununun hakimləri açıqlanıb

Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

"Report" xəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Duje Strukana Alen Jakšić və Marjan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terzić yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcək.

Seçilən
21
23
report.az

10Mənbələr