AZ

Erməni həyasızlığı: “Türkiyədən bunları tələb edin”

Ermənistanda revanşist qüvvələr heç bir şəkildə Azərbaycan və Türkiyə ilə sülh mühitində yaşamaq fikrində deyil.

Tribunainfo.az xəbər verir ki, onlar nəyin bahasına olursa olsun, İrəvanın təcriddə qalmasına, Azərbaycanla düşmənçilik etməyə davam etmək fikrindədirlər.

Elə bu səbəbdəndir ki, həmin qrupun üzvləri həyasızcasına yeni tələbləri dillərinə gətirirlər. Ekspert Tatul Manaseryan “Hraparak”a açıqlamasında deyib ki, Ermənistan Türkiyəyə bir neçə tələb irəli sürməlidir: “Türkiyə 3 beynəlxalq konvensiyanı ratifikasiya edib. Ermənistan da daxil olmaqla quru ölkələrinin dənizə çıxışını təmin etməyi öhdəsinə götürüb. Söhbət 1948, 1957 və 1969-cu il sənədlərindən gedir. Lakin onları yerinə yetirmir. Gedin, Türkiyədən bunu tələb edin. Gedin, ABŞ-dan Vilson mandatının yerinə yetirilməsini tələb edin”.

Fərda Uğur

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr