AZ

Xan Yunisdə PUA hücumu - 4 Fələstinli öldü

İsrail ordusunun Qəzza zolağında mülki əhalinin sığındığı ərazilərə hücumları nəticəsində 12 fələstinli həyatını itirib, çoxsaylı yaralılar var.


Manset.az xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində, köçkünlərin sığındığı çadırı hədəf alan İsrail pilotsuz uçuş aparatı (PUA) nəticəsində 4 fələstinli ölüb, 4 nəfər isə yaralanıb.

Həmçinin, Xan Yunisin qərbindəki Təbəriyyə stansiyasına yaxın digər bir çadıra edilən hücum nəticəsində bir qadın həlak olub, çoxlu sayda insan isə yaralanıb.

Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində isə İsrail pilotsuz təyyarəsi mülki avtomobili hədəf alıb. Nəticədə 4 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Seçilən
6
manset.az

1Mənbələr