AZ

Lavrov: Konsensus pozulur, keçmiş sovet ölkələrində...

BAKI, 1 avqust. TELEQRAF

“ATƏT-in gələcəyi yoxdur, artıq bu barədə düşünməyin vaxtıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Konsensusu pozmaq üçün başqa bir hiylə büdcədənkənar layihələrin maliyyələşdirilməsi qaydalarını razılaşdırmaqdan imtina etməkdir. Qərb dövlətləri başqa dövlətlərlə məsləhətləşmədən, yalnız özlərinə sərfəli olan tədbirlərə, ilk növbədə keçmiş SSRİ respublikalarına vəsait ayırırlar. Təşkilatın itaətkar katibliyi isə onların üzərinə ATƏT-in “ad lövhəsi”ni asır”, - nazir bildirib.

Lavrov qeyd edib ki, Qərb konsensus prinsipinə heç vaxt hörmətlə yanaşmayıb və onilliklər əvvəl onu dağıtmağa başlayıb.

Rusiyanın baş diplomatı baş verənlərə görə ATƏT-i ittiham edərək, onun gələcəyinin olmadığını iddia edib: “Belə bir təşkilatın bundan sonrakı mövcudluğunun hər hansı bir mənasının olub-olmadığını düşünməyin vaxtıdır”.

Seçilən
0
teleqraf.com

1Mənbələr