AZ

Afət Fərmanqızı Arif Babayevdən danışdı: "Sanki doğmamı itirmişəm"

"Xalq artisti Arif Babayevin vəfat etdiyi xəbəri məni dərindən məyus etdi, kədərləndirdi".

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı "Cebheinfo.az"-a açıqlamasında deyib.

Hazırda Rusiyada olan ifaçı özünü doğmasını itirmiş kimi hiss etdiyini söyləyib:

"Arif Babayevə Allahdan rəhmət diləyirəm. Qəbri nurla dolsun, məkanı cənnət olsun. Çox pis oldum. Sanki doğmamı, əzizimi itirmişəm. Elə hiss edirəm".

Afət Fərmanqızı mərhum Xalq artisti Arif Babayevlə bağlı xatirələrini də bölüşüb:

"Mən 20 il əvvəl gözəl sənətkarımız, xanəndə Sabir Abdullayevin yanına dərs almağa gedirdim. Elə olurdu ki, Arif müəllimin tələbələri ilə Sabir müəllimin tələbələri bir qrupa yığılırdı. Mən Arif Babayevin tələbəsi olmasam da, bu formada ondan dərs almışam.

Düzdür, mən muğam oxumasam, xanəndə olmasam da, bu sənətin də incəliklərini və sirlərini bilmək istəyirdim. Bu səbəbdən dərslərdə iştirak edirdim. Onda Arif müəllimi yaxından tanıdım. Buna görə də əminliklə deyirəm ki, o, efirdə necə görünürdüsə, həyatda da eynən elə idi. Arif Babayev çox gözəl insan idi. Allah rəhmət eləsin!"

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr