AZ

Xəzər dənizində külək enerjisi layihəsi üzrə 5 ərazi seçilib - EKSKLÜZİV

Bakı. Trend:

Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlifərazi seçilib.

Bu barədə Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.

O, dənizdə külək enerjisi layihələri ilə bağlı bunları bildirib:“Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizininAzərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texnikipotensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsuluhövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinəpik tələbatımız 4,5 qiqavat həcmindədir. Qoyuluş güclərimizin həcmiisə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrin hərbiri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixrac marşrutuolmalıdır.

Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazinin seçilməliolduğunu vurğulayan agentlik rəhbəri qeyd edib ki, dənizdə ərazininseçilməsi qurudakına nisbətən çox çətindir: "Amma biz artıq bütünaidiyyəti qurumlarla dənizdə külək enerjisi istehsalı ilə bağlıərazinin seçilməsini razılaşdırmışıq. Xəzər dənizinin Abşeronyarımadasının şimal hissəsində dənizdə külək enerjisi istehsalı iləbağlı 5 müxtəlif ərazini müəyyənləşdirimişik. Bu ərazilərdə ən azı10-15 giqavatlıq stansiya tikmək olar. Hazırda həmin zonalarınbərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasınıgözləyirik. Bununla bağlı müraciətlərimizi də etmişik".

C. Abdullayevin sözlərinə görə, daha sonra zəruri şəbəkəinfrastrukturu (sahil infrastrukturu) quraşdırılmalıdır: "Asiyaİnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının(EBRD) bu istiqamətdə təhlillərin aparılması üçün bizə vəsait dəayırıb.

Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcəkelektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyinetmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərinölçüsünün çox böyük olmasıdır. Hətta indi ekpremental 26 meqavatlıqturbinlər haqqında danışırlar. Biz dənizdə küləyin sürətininölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləri iləbirlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq vəölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir vəondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Dahasonra turbinlərin çatıdırılması üçün logistik həllər təklifedilməlidir".

"Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrindəciddi irəliləyişə nail olmaqdır. Bu istiqamtədə çox böyük maraq vəçox böyük rəqabət hökm sürür”, - deyə C. Abdullayev qeyd edib.

Seçilən
13
az.trend.az

1Mənbələr