AZ

Adil Şükürov: "Hər mövqedə çatışmazlıqlar var"

"Kəpəz" yoxlama matçında "Sumqayıt"la qarşılaşıb - 1:2.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 

Mütəxəssis görüşü dəyərləndirib: "Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".

“Sabah”ın rəqibi bəlli olub

Elmar Baxşıyev: "Layiqli mübarizə apardıq"

Şota Maxaradze: "Bu cür uduzmaq xoş deyil"

Valdas Dambrauskas: "Belə şeylərə sərf edəcək enerjim yoxdur"

"Hayduk" - "Zirə": Heyətlər

Seçilən
18
5
apasport.az

8Mənbələr