AZ

Henninq Berq: “Araz-Naxçıvan” yaxşı komandadır”

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq Konfrans Liqasının 3-cü raundunda üz-üzə gələcəkləri “Araz-Naxçıvan”ı tərifləyib.

Arena.az xəbər verir ki, norveçli mütəxəssis Gürcüstanda “Torpedo”ya 4 cavabsız qolla qalib gəldikləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçından sonra bu barədə açıqlama verib.

55 yaşlı məşqçi gürcülərlə oyundan və hesabdan razı olduqlarını söyləyib:

“Növbəti raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. “Aris”in oynadığı yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini də bilirik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya” ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

Xatırladaq ki, Henninq Berq “Omoniya”ya bu yay baş məşqçi təyin edilib. O, sözügedən komandanı cəmi 2 oyuna çıxarıb. Norveçli mütəxəssis əvvəllər AEK (Larnaka), AİK, “Pafos”, “Omoniya” (Nikosiya), “Stabek”, “Videoton”, “Legiya” (Varşava), “Bləkbörn”, “Lillström” və “Lin” kimi komandalara da rəhbərlik edib.

Seçilən
7
arena.az

1Mənbələr