AZ

Rusiya miqrantlar üçün yuxarı siniflərdə pulsuz təhsilin ləğvini təklif edir

Leonid Slutskinin başçılıq etdiyi LDPR partiyasının deputatları qanun layihəsini baxılmaq üçün təqdim edəcəklər, bu layihə çərçivəsində Rusiya məktəblərinin yuxarı siniflərində miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif olunur. Qanun layihəsi cümə günü, avqustun 1-də dərc edilib.

Bu barədə Oxuməni.az “TASS”-a istinadən xəbər verir.

Parlamentarilər “Rusiya Federasiyasında təhsil haqqında” qanuna dəyişiklik edilməsini təklif edirlər - layihəyə əsasən, xarici vətəndaşlar rus məktəblərinin 10-cu və 11-ci siniflərində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər. Buna baxmayaraq, qanun layihəsində pulsuz təhsil imkanının qorunub saxlanılacağı istisnalar nəzərdə tutulur.

Parlamentarilərin fikrincə, belə bir təşəbbüs Rusiya təhsil sisteminin yükünü azaltmağa və onun büdcəsini artırmağa kömək edəcək.

“Müəllimlər həddindən artıq yüklənib, buna görə də tədrisin keyfiyyəti aşağı düşür, gəlmə, qeyri-rus şagirdlərin əhəmiyyətli bir hissəsi aşağı nəticələrə malikdir, bu da tədris tempini ləngidir və rus yeniyetmələrinə mane olur, miqrant yeniyetmələrin aqressivliyə və cinayətkarlığa meylliliyini demirik. Amma ən əsası isə, bütün bu ordunun üzərinə böyük dövlət vəsaitləri xərclənir, üstəlik də rus valideynlərin cibindən,” — Slutski “TASS”-a verdiyi müsahibədə deyıb.

Almaz Həsənli

Seçilən
25
1
oxumeni.az

2Mənbələr