AZ

Trampdan Ağ Evə dəbdəbəli toxunuş: 200 milyon dolları özü və ianəçilər ödəyəcək

ABŞ Prezidenti Donald Trampın komandası, Ağ Evdə 650 nəfərlik tutuma malik, 90 min kvadratmetrlik yeni bir bal zalının inşa ediləcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, 200 milyon dollarlıq bu layihənin maliyyəsi Tramp və digər “vətənpərvər ianəçilər” tərəfindən qarşılanacaq.

Layihə çərçivəsində ABŞ Gizli Xidməti də zəruri təhlükəsizlik tədbirlərini həyata keçirəcək.

Leavitt, yeni balo salonunun “Amerika tarixinin ehtişamına yaraşacaq” şəkildə dizayn ediləcəyini vurğulayıb.

Sözçü açıqlamasında deyib:

“Ağ Ev dünyanın ən gözəl və tarixi binalarından biridir. Lakin hazırda əsas binanın girişindən təxminən 100 metr uzaqlıqda böyük və eybəcər bir çadır qurmaq məcburiyyətində qalınmadan dünya liderləri və digər ölkələri şərəfləndirmək üçün vacib tədbirlərə ev sahibliyi etmək mümkün deyil.”

Yeni bal zalının, Trampın uzun müddətdir planladığı bir layihə olduğu qeyd olunub və onun sevimli məkanı olan əsas binanı bölməyəcəyi bildirilib.
Seçilən
34
1
sherg.az

2Mənbələr