"Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Kalyari" 19 yaşlı futbolçu üçün "Beşiktaş"la razılığa gəlib. Onun sabah İtaliya klubu üçün tibbi baxışdan keçəcəyi gözlənilir.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Semihin keçidi satınalma şərti ilə birlikdə icarə əsasında olacaq. İstanbul təmsilçisi bu transferdən ümumilikdə 14 milyon avro qazanacaq. Onlar oyunçunun növbəti satışından da 20 faiz gəlir əldə edəcək.