AZ

Arif Babayev tarixi yaddaşımızda ciddi iz buraxıb - NAZİR

Bu gün səhər saatlarında aldığımız xəbər hər birimizi kədərləndirmiş, üzmüş, hər birimiz bu gün Azərbaycan mədəniyyəti, xalqı üçün ağır itki ilə qarşılaşmışıq. Azərbaycan mədəniyyətinin, muğamının görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev səhər saatlarında dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli deyib.

"Uzun müddət idi, müalicə alırdı. Prezident İlham Əliyevin tapşırığı, hörmətli Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın birbaşa nəzarəti altında onunmüalicəsi davam etdirilirdi. Lakin tale elə gətirdi ki, bu gün o, həyata vida etməli oldu. Onun həyat fəaliyyəti, onun Azərbaycana, ölkəsinə, xalqına, mədəniyyətimizə, irsimizə verdiyi töhfə danılmazdır. Dünya azərbaycanlılarının hamısının sevgisini qazanan nadir sənətçilərimizdəndir. Hər birimizin yaddaşında, Azərbaycanın tarixi yaddaşında ciddi iz buraxıb. Qəlblərimizdə əbədi yaşayacaq. Biz ailəsinə və bütün mədəniyyət aləminə vaşsağlığı veririk".

Seçilən
13
1
modern.az

2Mənbələr