AZ

Ukrayna səfirliyində başsağlığı kitabı açıldı

BAKI, 1 avqust. TELEQRAF

Ukraynanın Azərbaycandakı səfirliyində iyulun 31-də Kiyevdə Rusiyanın hava zərbələri nəticəsində həlak olanların xatirələrini yad etmək üçün başsağlığı kitabı açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Rusiyanın Kiyevə hava zərbələri nəticəsində 31 nəfər həlak olub, 159 şəxs isə yaralanıb.

Xatırladaq ki, bu gün - avqustun 1-də Kiyevdə matəm olunub.

Seçilən
28
teleqraf.com

1Mənbələr