Qırğızıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Əliyevin formasını geyindiyi "Ozqon" doğma meydanda "Talant"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Orxan bu matçda yeni komandasının heyətində ikinci oyununa çıxıb. 29 yaşlı hücumçu 36-cı dəqiqədə komandasının ikinci qolunu vurub. O. ötən tur da fərqlənməyi bacarmışdı.
15 turdan sonra aktivində 22 xal olan "Ozqon" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi