2025-ci ilin altı ayında Azərbaycanın daxili dövlət borcu 17,18 milyard manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 13,1 faizinə bərabərdir. Bu barədə Maliyyə Nazirliyinin yarımillik borc icmalında bildirilir.
Nazirliyin hesabatına əsasən, daxili borcun həcmi 2025-ci ilin əvvəli ilə müqayisədə 1,48 milyard manat və ya 7,9 faiz azalıb.
ÜDM-ə nisbətdə isə daxili borcun payı 1,7 faiz bəndi aşağı düşüb.
Hesabata görə, daxili borcun 8,03 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,15 milyard manatı isə dövlət zəmanəti ilə verilmiş öhdəliklərin payına düşür.
Gülnar Nazimqızı