AZ

Messi "İnter Mayami" ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq

"İnter Mayami"nin hücumçusu Lionel Messi klubu ilə yeni müqavilə imzalayacaq.

Operativ Media bu barədə "Catalunya Radio"ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, 38 yaşlı argentinalı ilə yeni anlaşma yaxın vaxtlarda açıqlanacaq. Müqavilə 2028-ci ilə qədər olacaq, 2026-cı ilin sonunda forvard müqaviləni pozmaq hüququna malik olacaq, 2027-ci ilin sonunda isə klub müqaviləni poza biləcək.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Hücumçu Florida komandasının heyətində 69 oyun keçirib, 58 qol vurub və 28 məhsuldar ötürmə edib.

Seçilən
13
operativmedia.az

1Mənbələr