AZ

ABŞ Dövlət Departamenti İranın tələbini rədd etdi

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Dövlət Departamenti İranın danışıqların bərpasına görə təzminat tələbini rədd edərək, bunu "gülünc" adlandırıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Tommi Piqott bildirib ki, əgər İran iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyirsə, o zaman regionda sabitliyin pozulmasına, nüvə proqramına, terrorçuların dəstəklənməsinə və öz xalqına təzyiq göstərməyə pul xərcləməyi dayandırmalıdır. Onun sözlərinə görə, "top indi onların tərəfindədir", amma "fürsətlər pəncərəsi qısadır".

Piqott, həmçinin İranın nüvə obyektlərinə hücuma görə təzminat tələb etməsi ilə bağlı sualı da cavablandırıb.

"İrana təzminat ödənilməsi ilə bağlı istənilən tələb absurddur, lakin biz İranla dialoqa hazırıq", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
oxu.az

2Mənbələr