AZ

Pakistana ilk dəfə ABŞ xam nefti tədarük olunacaq

Bakı, 1 avqust, AZƏRTAC

Pakistanın ən böyük neft emalı şirkəti “Cnergyico” oktyabrda 1 milyon barel “West Texas Intermediate” (WTI) xam neftini idxal edəcək.

AZƏRTAC xəbər verir ki, neftin bu partiyası qlobal əmtəə treyderi “Vitol”dan satın alınıb. “Cnergyico” şirkəti baş direktorunun müavini Osama Qureşi “Reuters” agentliyinə bildirib: “Bu, “Vitol” ilə uzunmüddətli müqaviləmizin bir hissəsini təşkil edən sınaq partiyasıdır. Əgər o, kommersiya baxımından sərfəli və səmərəli olarsa, biz ayda ən azı bir xam neft partiyası idxal edə biləcəyik”.

Agentlik qeyd edir ki, neft sazişi ABŞ Prezidenti Donald Trampın Pakistan ixracatını əhəmiyyətli tariflərlə hədələdikdən aylar sonra baş verib. Bu, həmçinin İslamabadı Vaşinqtonla enerji və ticarət əlaqələrini genişləndirməyə vadar edib.

ABŞ xam neftinin Pakistana ilk tədarükü İslam Respublikasının Yaxın Şərqdəki karbohidrogen xammalı tədarükçülərindən uzunmüddətli asılılığında əhəmiyyətli dəyişikliyə səbəb olub. Neft Pakistanın ən böyük idxal məhsuludur. 2024-2025-ci maliyyə ilində (iyunun 30-da başa çatıb) onun tədarükləri 11,3 milyard dollara çatıb ki, bu da ölkənin ümumi idxalının 20 faizini təşkil edir.

Seçilən
26
2
azertag.az

3Mənbələr